Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib


16.08.2020  15:28 

Nazarbayevin qalmaqallı nəvəsi Londonda öldü





A+  A-

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayev vəfat edib.
XəzərNews.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, o, ötən gecə Londonda dünyasını dəyişib.

30 yaşınfa vəfat edən Aysultanın ölüm səbəbi araşdırılır. İlkin versiyaya görə, onun ölümünə ürək tutması səbəb olub.

Qeyd edək ki, Aysultan Nazarbayev bu ilin fevralında Böyük Britaniyadan siyasi sığınacaq istəmişdi. O, bu barədə məlumatı öz feysbuk səhifəsində yaymışdı. Nazarbayevin nəvəsi addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah etmişdi.

Xatırladaq ki, Nazarbayev Qazaxıstanın birinci Prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. Aysultan 2017-ci ildə feysbukda atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, lakin bu asılılıqdan xilas olduğunu bildirmişdi.

Bundan başqa Aysultan Nazarbayev ötən il Londonda polisi dişləmişdi. Həmin vaxt mətbuatda yayılan xəbərlərə görə, Nazarbayevin nəvəsi başqasının mülkünə qanunsuz daxil olan zaman onu yaxalamaq istəyən polisə müqavimət göstərmişdi. Londonda Sautvork kral məhkəməsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası vermişdi.

Xəbər 3437 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +