İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


02.03.2020  13:58 

Hərbi xidmətə çağırış təxirə salındı - İranda





A+  A-

İranda yeni koronavirusun yayıldığına görə hərbi xidmətə çağırış 2 ay müddətinə təxirə salınıb.
Bunu İranın Silahlı Qüvvələr Qərargahının səhiyyə və müalicə üzrə rəis müavini və Silahlı Qüvvələr Qərargahının koronavirusla mübarizə komitəsinin sözçüsü Həsən İraqizadə deyib.

Bu barədə XəzərNews.az “Gənc Jurnalistlər Klubu” (YJC) informasiya agentliyinə istinadən məlumat verib.

H.İraqizadənin sözlərinə görə, bununla yanaşı 2 ay müddətinə əsgərlərin təlim kursları da təxirə salınıb.

İraqizadə əlavə edib ki, bir neçə gün bitməsinə qalan təlim kursları bütün səhiyyə tədbirləri nəzərə alınaraq keçiriləcək.

İranlı hərbi rəsmi İran Silahlı Qüvvələrinə məxsus 58 xəstəxananın səhiyyə sektorunun sərəncamına verildiyini deyib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi ötən gün (1 mart) indiyədək 978 nəfərin yeni koronavirusa yoluxduğunu və bu virus nəticəsində 54 nəfərin öldüyünü təsdiqləyib. İranda bütün sahələrdə fəaliyyətlər ya dayandırılıb, ya da məhdudlaşdırılıb.

Xəbər 1663 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +