Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


18.01.2019  12:46 

20 Yanvar şəhidlərinin xatirəsi Ukraynada anılıb





A+  A-

Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun konfrans zalında Qanlı Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbir Kiyev Azərbaycanlıları Konqresi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ukrayna ictimaiyyətinin nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak edib.

Tədbirdən öncə 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 20 Yanvar hadisələrinə həsr edilən sənədli film nümayişi etdirilib.

Filmin nümayişindən sonra Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Azərbaycanın Ukraynadakı (2001-2010-cu illər) keçmiş səfiri Tələt Əliyev, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev çıxış ediblər.

Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.








Xəbər 1329 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +