“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar
Dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək


22.01.2019  10:17 

Trampın rəqiblərinin sayı 4-ə çatdı





A+  A-

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün daha bir nəfər namizədliyini elan edib.
XəzərNews.az İHA-ya istinadən xəbər verir ki, Demokrat Partiyasının üzvü, senator Kamala Herris keçirdiyi mətbuat konfransında namizədliyi açıqlayıb.

O qeyd edib ki, nifrət və ayrı-seçkiliyi təbliğ edənlərdən imtina edilməlidir. Herris ABŞ-ın problemlərinin həlli üçün hazır olduğunu bildirib.

Herris namizədliyi sui-qəsd nəticəsində öldürülən hüquq müdafiəçisi Martin Luterə həsr etdiyini deyib.

Məlumata üçün bildirək ki, 54 yaşlı Kamala Herris Yamayka və Hindistandan ABŞ-a köçmüş cütlüyün övladıdır.

Qeyd edək ki, daha öncə Nyu-York ştatının senatoru Kirsten Gillibrand, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Massaçusets ştatının senatı Elizabet Uorren və Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhsalma naziri olmuş Xulian Kastro da Donald Trampa rəqib olacaqlarını elan ediblər.

Xəbər 2904 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +