Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


31.08.2017  15:23 

Azərbaycan daha 2 nəfəri “qara siyahı”ya salır





A+  A-

Azərbaycan XİN-i Kanada Parlamentinin üzvü Toni Klemanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz səfərinə reaksiya verib.
XəzərNews.az xəbər verir ki, XİN bunu Ermənistanın növbəti siyasi təxribatı adlandırıb:

"Toni Klemanın bu qanunsuz səfəri maddi maraq müqabilində sıx əlaqələri olduğu erməni milli komitəsinin Kanada bürosu və erməni lobbisi tərəfindən təşkil edilib. Dəfələrlə rüşvətxorluq və korrupsiya əməllərində adı hallanan bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə maddi maraq müqabilində səfər edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü və qanlı etnik təmizləmə siyasətini pərdələməyə və ona bəraət qazandırmağa cəhd göstərir. O, həmçinin göstərdiyi bu xidmət müqabilində gələcək seçkilərdə Kanada erməni lobbisinin maddi dəstəyini qazanmağa çalışır.

Onun Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq hüququn norma və prinisplərinin pozulması ilə müşayiət olunan və mənəvi-etik və humanist dəyərlərdən kənar bu əməlləri ilk növbədə Kanadanın parlamentarizm ənənələrinə və seçicilərinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Ümid edirik ki, Kanada parlamentinin müvafiq etik komitəsi onun ölkə xaricindəki bu əməllərini araşdıracaqdır.

Toni Klemanı müşayiət edən Məjid Əl-Şəfi adlı şəxs QHT rəhbəri olsa da, Ermənistan Xarici İşlər Nazirliyi propaqanda məqsədilə qəsdən onu da Kanada parlament üzvü kimi təqdim edir. Dini azlıqların hüquqları məsələsi ilə məşğul olan Məjid Əl-Şəfiyə Ermənistanın dünyada yeganə mono-etnik dövlətə çevrilməsi, Ermənistanda 300.000-dən artıq köklü müsəlman Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, bu ölkədə yəzidilər, asorilər, molokan rusların təqiblərlə üzləşməsi, erməni qriqoryan kilsəsindən başqa digər xristian kilsə və icmaların fəaliyyətinə qarşı dözümsüzlük, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin talan edilməsi hallarına diqqət yetirməyə çağırırıq. Sözügedən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və narazılığı Kanada Xarici İşlər Nazirliyinə və Kanadanın parlamentinə çatdılırıb. Onların adları arzuedilməz şəxslər siyahısına daxil ediləcəkdir"

Xəbər 3591 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +