İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


02.03.2017  16:40 

4 nəfərin adı “qara siyahı“ya salındı





A+  A-

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin fevralın 22-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
MBNP-dən XəzərNews.az-a verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, 4 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslər Bassam Əhməd Əl-Həsri, İyad Nəzmi Salih Xəlil, Qalib Abdullah Əl-Zahidi, Nayif Salih Səlim Əl-Qaysidir.

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

Xəbər 3277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +