Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


25.08.2023  14:43 

Cəbrayılda mina partlayıb - Yaralanan var





A+  A-

Cəbrayılda minatəmizləmə zamanı baş verən partlayışla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə ANAMA Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, 2023-cü ilin 25 avqust tarixində Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb.

Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Xəbər 2824 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +