İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


29.12.2022  15:45 

Ziya Məmmədovun “kəndin başındakı” restoranı - Fotolar





A+  A-

Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən restoranın görüntülərini paylaşmışdı.

Londonda yerləşən həmin lüks restroranın Anar Məmmədova 4 milyon funt sterlinqə başa gəldiyi qeyd edilmişdi.

Xəbər yayılandan qısa müddət sonra Ziya Məmmədov mətbuata açıqlama verərək yazılanları yalanlamış və “cəmi bir restoranım var, o da kəndimizin başındadır, gəlib orada yeyib-içə bilərsiniz” deyə, yazılanlara sanki rişxənd tonunda cavab vermişdi.

“Qafqazinfo” maraq üçün vəzifədən uzun müddətdir çıxarılmasına baxmayaraq, hələ də böyük yeyintilərdə ittiham olunan sabiq nazirin açıqlamasının izinə düşərək həmin restoran haqqında maraqlanıb. Məlum olub ki, Ziya Məmmədov hazırda yaşadığı Ucarın Qazıqumlaq kəndində onun ailəsinə məxsus şadlıq evindən başqa, “Fermer” adlı hotel-restoran komleksi də var.

Və Ziya Məmmədovun təsvir etdiyi kimi “Kəndin başında” yerləşən bu obyekt təsəvvür olunacaq səviyyədə ucqar kəndlərdə yerləşən yeməkxana anlamına gəlmir, əslində böyük bir gölün ətrafında, 3 hektar ərazini əhatə edir. Burada eyni zamanda, ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka da var.

Ancaq heç də hansısa Avropa ölkəsində yerləşən restorandan geri qalmayan “kəndin başındakı” bu restoranın görüntülərini təqdim edirik:







“Qafqazinfo”

Xəbər 2443 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +