İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


29.12.2022  09:55 

FHN “Eurohome” tikinti materialları bazarını bağladı





A+  A-

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satış mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə XəzərNews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Bazar aşağıdakı səbəbdən bağlanıb:

- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- mərkəzin ərazisindəki kafe və ticarət sahələrində elektrik təsərrüfatı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun istismar olunmur;

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- ticarət sıraları ilkin yanğınsöndürən alət və vasitələri ilə tam təmin olunmayıb;

- obyektin yanğın avtomatika qurğularının layihə sənədləri DYNX-nin əməkdaşlarına təqdim edilməyib;

- ticarət mərkəzinin ərazisində quraşdırılmış yanğına qarşı hidrantlar yanğın şlanqları və lülələrlə təmin edilməyib;

- tikinti materiallarının satış mərkəzində müayinə kecirilən zaman yanğın su hovuzunun doldurucu su xətti ilə təmin olunmadığı, yeri müvafiq işarələrlə göstərilmədiyi və üzərində şəxsi avtomobilərin park edildiyi müəyyən edilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satış mərkəzinin fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Xəbər 2522 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +