İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


27.12.2022  22:23 

Gömrükdə İdarə rəis təyin olunan Orxan Nuriyev kimdir?





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışan Orxan Nuriyev bu gün Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinə rəis təyin olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumat yayan jurnalist Həbib Müntəzir qeyd edib ki, Orxan Nuriyev Baş prokuror Kamran Əliyevin kürəkənidir.

H.Müntəzir əlavə edib ki Orxan Nuriyevin atası Eldar Qasim oğlu Nuriyev Ədliyyə nazirinin müavinidir. İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib:

▪️Anası Afaq Abdullayeva məşhur ginekoloq, həkimdir və səhiyyə nazirliyinin əməkdaşıdır, "Tərəqqi" medalı da alıb.

▪️Bacısı Nigar Eldar qızı Nuriyeva Qida Təhlükəsizliyi Agentliyinin Strateji təhlil və planlaşdırma sektorunun müdiridir.

▪️Qardaşı Cavanşir Eldar oğlu Nuriyev Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisidir.

▪️Digər qohumu Nuriyev Elnur Aləm oğlu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.

Xəbər 6634 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +