Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


20.07.2022  19:48 

Media savadlılığı: hər bir fərdin məsuliyyəti





A+  A-

Toplumun, cəmiyyətin bir üzvü kimi hər kəsin barəsində düşünməsi vacib olan bir çox məqamlar Mətbuat günü ərəfəsində daha qabarıq görünür.

Sürətli zaman, ondan da sürətli, ondan da dinamik inkişaf edən informasiya və kommunikasiya texnologiyaları bütün fəaliyyət sahələrində hərəkətliliyi, dəyişikliyi zərurətə çevirib. Bu dəyişikliklərin müasir cəmiyyətin ən önəmli atributlardan biri sayılan media sahəsinə də təsiri qaçılmaz və danılmazdır. Bu məsələlərə bir neçə ay öncə qüvvəyə minmiş Media qanununda da yer ayrılıb. Bir sıra yeni nüanslarla yanaşı, qanuna “Media savadlılığı” termini əlavə edilib və burada ictimaiyyətin bilgi, məsuliyyət məsələsi öz əksini tapıb. Az qala hamının jurnalist olduğu, bloqerlərin, influenserlərin, fəal sosial şəbəkə istifadəçilərinin xəbər yaydığı, şərh verdiyi, münasibət bildirdiyi indiki zamanda hər kəsin özünün cəmiyyət qarşısındakı məsuliyyətini anlamasına ciddi ehtiyac var. Təhqir, böhtan, şantaj, yalan kimi hüquqi məsuliyyət nəzərdə tutan hallar, əslində, hər bir fərdi əhatə edir. Buna görə də peşəsindən və sosial statusundan asılı olmayaraq hər bir normal insan reytinq, like xatirinə insanların psixikasına mənfi təsir göstərən hadisələr barədə xəbərlərin hay-küylə yayılıb tirajlanmasının, təbliğ və təşviqinin cəmiyyətdə böyük fəsadlar törədə biləcəyini başa düşməyə borcludur.

Özünü Yeni jurnalistikanın təmsilçiləri sayan şəxslərin ən azından Jurnalistlərin qurultayında səs verdikləri Peşə davranış qaydaları və Peşə etikası kodeksi ilə tanış olmaları, o sənədlərin müddəalarına ciddi yanaşmaları onların cəmiyyət qarşısında öz məsuliyyətini dərk etdiklərini göstərən ilk addım sayıla bilər. Əks halda bu xaotik mənzərənin yaratdığı sarsıntılardan cəmiyyət olaraq hər birimiz əziyyət çəkəcəyik.

Ağız deyəni qulaq eşitmədiyi məkanların dözülməzliyini tarixən xalqımız çox dəqiq qiymətləndirib və həmişə də ondan uzaq durmağa çalışıb.

Rəşad Məcid

Xəbər 1987 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +