Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


16.07.2022  08:27 

Sertifikatlaşmanın ədalətinə hələ inam azdır





A+  A-

Hesab edirəm ki, hər bir nazirlik, o cümlədən də Təhsil Nazirliyi öz əməkdaşlarının peşəkarlığına şübhə ilə baxmamalıdır. El misalında deyildiyi kimi "su qaba doldu, oldu içməli".

Əksinə onları himayə etməli, inkişaflarina qayğı göstərməlidir.

Müdafiə Nazirliyi öz əsgər və zabitlərini arxasında möhkəm durmasaydı və əsgərlər buna əmin olmasaydılar, sərt qaya üzərində yerləşən Şuşanı düşməndən azad etmək çətin olardı.

Müəllimlərin zəif cəhətləri üzə çıxdıqca onları sertifikatlaşmadan keçirmək yox, bir neçə aylıq təkminləşdirməyə göndərmək lazımdır. Bunun üçün müəmmalı şəkildə ləğv edilmiş təkminləşmə inistitutları yenidən bərpa olunmalıdır.

Görünən odur ki, sertifikatlaşmanın ədalətinə hələ inam azdır. Əgər sertifikatlaşmanı aparmaq zəruridirsə, onda onu inzibatı yolla yox, liberal yolla aparmaq lazımdır.

Proses elə təşkil olunmalıdır ki, onun aktif tərəfi müəllimlər olsunlar, nazirlik olmasın.

Baş verənlərin səbəbini başa düşməyə cəhd edək. Çox inkişaf etmiş ölkələrdə 2 ilə 2-nin cəmi 4 bərabərdir və nöqtə! İnkişaf etməkdə olan olkələrdə də 2+2 də 4 bərabərdir, ancaq fərq bundadır ki, yaddaşda nə isə (?) saxlanılır. Birinci və ikinci dünya dövlətləri arasında düşüncə fərq bu qədərdir. Nəzərə alaq ki, irəli gedə bilək.

Şahlar Əsgərov

Xəbər 1770 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +