İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


08.04.2022  11:27 

Sabir Rüstəmxanlı “iftar” və “imsak” sözlərinə etiraz etdi - TƏKLİF





A+  A-

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “iftar” və “imsak” sözlərinin ümumişlək statusu qazanmasına etiraz edib.

O bildirib ki, Azərbaycan dilində bu sözlərin çox gözəl qarşılığı var – “orucaçılan” və “obaşdan”.

Millət vəkili hesab edir ki, Azərbaycan dilində belə sözlərimiz olduğu halda ərəb mənşəlli sözlərin işlədilməsi dilimizə qarşı hörmətsizlikdir.

XəzərNews.az S. Rüstəmxanlının məsələylə bağlı yazdığı statusu təqdim edir:

“Dil, heç bir özəl "göstəriş" olmadan öz normalarını bəlirləyir, ehtiyac duyanda yeni sözlər yaradır və ya qəbul edir, gərəksiz, "bəyənmədiyi" sözləri çıxdaş edir. Bu, canlı və son dərəcə maraqlı bir inkişaf yoludur. Çevik düşüncə qabiliyyəti olan xalqlar bu prosesdə dilə "yardım" edirlər, dilin sözyaratma qanunlarına uyğun şəkildə dilə öz "ideyalarını", yəni yeni sözlər təklif edirlər. Bu, dilin zənginləşmə yollarından biridir. Dilin təbiətinə uyğun olsa, xoşuna gəlsə yeni sözləri söz dağarcığına qəbul edir, "könlünə yatmasa" qəbul etmir.

Azərbaycan xalqı müsəlmandır və 1400 ilə yaxındır oruc tutur. İki dənə də halal söz yaradıb: "obaşdan" və orucaçılan". Kəndlərimizdə indi də belə deyirlər... Güney Azərbaycanda da belə işlədilir. Ancaq nədənsə son dönəmlərdə yazılı dilimizdə "obaşdan" əvəzinə "imsak", "orucaçılan" yerinə "iftar" demək dəbə minib. Köhnədən arada iftar vaxtı deyilirdi, lakin "imsak" deyən yox idi. Təkcə söz məsələsi deyil, yabançılara vurğunluq, xaricilərə sitayiş bizim köhnə xəstəliyimizdir; sağalmır ki, sağalmır...”.


Xəbər 1678 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +