“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


25.11.2021  18:56 

AŞPA daimi komitəsinin iclası keçirilir





A+  A-

Bu gün İtaliyanın paytaxtı Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) daimi komitəsinin iclası keçirilir.

XəzərNews.az xəbər verir ki, iclasda ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir.

Assambleyanın 60-dək aparıcı üzvünü birləşdirən daimi komitə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo ilə bu ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin prioritetlərinə dair fikir mübadiləsi aparacaq.

İki gün davam edəcək iclasda İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko və İtaliya Senatının sədri Mariya Elizabetta Alberti Kasellatinin çıxışları dinləniləcək.

İclas çərçivəsində Belarusla sərhəddə miqrantların vəziyyəti, onların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilmiş parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, AŞPA-nın daimi komitəsinin iclası İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir. İtaliya 6 ay ərzində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.

Xəbər 1902 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +