Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


23.09.2021  16:59 

Azərbaycanda ikinci əl avtomobillərinə tələbat artıb





A+  A-

Son aylarda Gürcüstandan avtomobillərin ixrac edilməsi tendensiyaları dəyişir. Gürcüstan avtomobil idxalatçıları üçün ən böyük bazar olan Azərbaycanda burdan alınan avtomobillərə tələbat artır. İkinci əl “Opel” avtomobilləri hazırda Azərbaycanda ən çox tələb olunan avtomobillərdir.


XəzərNews xəbər verir ki, Avtosfer.az bu barədə Gürcüstanın "Commersant" nəşrinə istinadən məlumat yayıb.

Avtomobillərin idxalı ilə məşğul olan "Robani motors" şirkətinin direktoru Elquca Caqmaidzenin sözlərinə görə artıq işlər pandemiyaya uyğunlaşıb və vəziyyət tədricən yaxşılaşmağa başlayıb:

“Bu, satışların əhəmiyyətli dərəcədə artması demək deyil, amma yenə də müsbət tendensiyalar görürük. Məsələn, Azərbaycanda 2006-2010-cu illərdə istehsal olunan və qiyməti 2 800-3500 ABŞ dolları arasında dəyişən "Opel" avtomobillərinə tələbat artıb. Bu avtomobillər bir neçə il əvvəl Azərbaycanda tətbiq olunan Avro-4 yanacaq standartına uyğundur”.

Elquca Caqmaidze qeyd edib ki, Gürcüstan Azərbaycana demək olar ki, yeni maşın ixrac etmir, əsasən ikinci əl avtomobillərin təkrar ixracını həyata keçirir:

“Azərbaycan avtomobil idxalçılarının Avropada birbaşa əlaqələri var və əvvəlkindən daha çox maşın gətirirlər. Kiçik biznes subyektləri əsasən ucuz avtomobillərə olan tələbatın çevik ödənilməsinə yönəlmiş Gürcüstanla əməkdaşlıq edir”.

Bir neçə il əvvəl Gürcüstan Avropadan maşın gətirirdi. İndi əsasən ABŞ və Yaponiyadan avtomobillər gətirilir. Hazırda ikinci əl avtomobillər Gürcüstanın ən böyük ixrac mallarından biridir. Xüsusilə, 2017-2020-ci illərdə təkrar ixrac 1,5 milyard ABŞ dolları, 2019-cu ildə 834 milyon ABŞ dolları və 2020-ci il pandemiya dövründə 437 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın Milli Statistika Xidməti "Sakstat"ın məlumatına görə 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 163 milyon ABŞ dolları dəyərində 24508 avtomobil təkrar ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,5 % artım deməkdir.

Xəbər 2943 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +