Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


23.09.2021  06:27 

İrandan gətirilən kartofa qoyulan qadaga sahibkarları pis vəziyyətdə qoyub





A+  A-

İran İslam Respublikasından ölkəmizə ixrac edilən kartof məhsullarına qoyulan qadaga yerli sahibkarları pis vəziyyətdə qoyub.
XəzərNews.az -ın əldə etdiyi məlumata görə, bir çox sahibkarın gətirdiyi kartof məhsulu paytaxta - topdansatış bazalarına qədər gəlib çıxsa da Dövlət Gömrük Komitəsi məhsulların maşınlardan boşaldılmasına və satışına icazə vermir.

Nəticədə sahibkarlara maddi ziyan dəyməklə yanaşı ölkədə kartof məhsuluna olan təlabatı və qiymətləri də artırır.

Xatırladaq ki, İrandan “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib. Bu barədə AQTA məlumat yayıb.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Faktla bağlı respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli Q-BS/006 nömrəli qərar qəbul edilib.

Xəbər 2047 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +