Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


21.09.2021  22:00 

Kim yalan danışır: Qabil Hüseynli, yoxsa Ataxan Əbilov?





A+  A-

"Lənkəranda fəaliyyət göstərən Lənkəran Dövlət Universitetində talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan xüsusi fakültə mövcuddur”. “Multikultural Azərbaycan” xəbər verir ki, bu barədə professor, politoloq Qabil Hüseynli axar.az-a müsahibəsində deyib.
Q.Hüseyinli bildirib ki, bu bölgədə orta məktəblərdə 1-4-cü siniflərə talış dili tədris edilir: “Yəni talış dilinə bu kimi diqqət ayrılır. Lənkəranda dövlət tərəfindən maliyələşdirilən Lənkəran Dövlət Teatrında həm Azərbaycan, həm də talış dilində tamaşalar hazırlanıb nümayiş olunur. Bundan başqa orda regional televiziya var. Sözügedən regional televiziyada həftənin üç günü talış dilində proqramlar hazırlanıb təqdim edilir. Regional televiziyanın nəzdində radio da var və orda da talış dilində verilişlər yayımlanır”.

Q.Hüseynlinin açıqlamasına münasibət bildirən hüquqşunas Ataxan Əbilov sosial şəbəkə hesabında bildirib ki, Lənkəran Dövlət Universitetində talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan fakultə yoxdur: “Bölgədəki orta məktəblərin təxminən 20 faizinin tədris planına 1-4-cü siniflərdə talış dili fənni salınıb, onların da tədrisi yox səviyyəsindədir. Talış dili fənnini tədris etmək üçün müəllim-mütəxəssis heç bir ali məktəbdə hazırlanmır. Axırıncı dəfə "Talış dili" dərslikləri 2006-cı ildə dərc edilib. 15 il işlədilən o kitablar sıradan çıxmışdır. Yeni kurikulumla talış dili dərslikləri hazırlanıb, lakin nəşr edilmir. Lənkəran Dövlət Dram Teatrında son 30 ildə bircə dəfə də talış dilində tamaşa nümayiş etdirilməyib. Regional televiziyada nəinki həftənin 3 günü, heç bir saat belə talış dilində proqramlar nümayiş etdirilməyib”.

A.Əbilov sonda əlavə edib ki, ikimizdən biri gözünün içinə kimi yalan danışır.

Xəbər 3100 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +