Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


22.04.2021  17:15 

Sağlamlığını itirən keçmiş döyüşçülər aksiya keçirdi - VİDEO





A+  A-

Bu gün Qarabağ müharibəsində sağlamlığını itirən bir qrup gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.
Onlar, əsasən, biganəlikdən şikayətləniblər. Demələrinə görə, onları nazirliyin şöbə müdiri qəbul edib və qanunvericiliyin tələbləri onlara xatırladılıb. Şikayətçilərdən biri isə jurnalistlərə açıqlamasında deyib ki, "əgər lazımdırsa, qanunu dəyişsinlər".

Aksiya iştirakçılarının bəziləri deyib ki, onların müalicəsində ayrıseçkiliyə yol verilir. Həmçinin, onların sözlərinə görə, problemlərinin həlli zamanı və xüsusilə də əlilliyin alınmasında süründürməçiliklə, neqativ hallarla üzləşiblər. Keçmiş döyüşçülərdən biri isə deyib ki, onlara az əvvəl "mətbuat sizə neyləyəcək" iradını tutublar və kütləvi informasiya vasitələrinə açıqlama vermələrini qıcıqla qarşılayıblar.

Daha sonra isə nazirliyin bəzi əməkdaşları şikayətçilərə yaxınlaşıb, onları nazir müavinin qəbul edəcəyi və bütün şikayətlərinin dinləniləcəyi vədini veriblər. Bundan sonra onlar qəbula yollanıblar.

Tənqidlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.





Xəbər 2371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +