İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


21.10.2020  23:11 

“Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik”





A+  A-

"Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik".
XəzərNews.az xəbər verir ki, bunu REAL TV-nin efirində TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, Azərbaycan haqlı savaşında fikirlər ön cəbhəyə yönəlməlidir, amma arxa cəbhəni də unuda bilmərik:

"Arxa cəbhədə olan naliyyətsizlik, ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə də səbəb ola bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Düşünürəm ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər. Biz haqq savaşındayıq. Onlara da həkim lazım olacaq. Məsuliyyətsiz baxımından virusa yoluxmuş insanlara vaxt itkisi olar, çünki hərbçilərimizə görə məsuliyyətli olmalıyıq. Xəstəliyin artmasına özümüz şərait yaradırıq. Konkret olaraq bu, məsuliyyətsizlik səbəbindəndir".

Xəbər 3793 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +