İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


20.10.2020  12:48 

“Lalsız, karsız, ya korsunuz?” - Mustafa Şentop





A+  A-

“İşğalı və terroru dövlət siyasətinə çevirən quldur dövlət olan Ermənistan mülki əhalini atəşə tutmağa, bazarları, hətta qəbiristanlığa hücum edərək məsum insanları öldürməyə davam edir”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, bu hücumlar tək bir cümlə ilə müharibə cinayətidir: “Buna görə beynəlxalq birliyə müraciət etmək lazımdır ki, müharibə cinayətinə cavab verməyəcəksizsə, lalsız, karsız, ya korsunuz? Ermənistanın dövlət terroru həm regionu, həm də dünyanı təhdid edir. Ermənistanın ipini əlində tutanlar bu təhlükəli oyunu dayandırmalıdırlar. Bu gün Qafqazda və regionda stabillik yalnız Ermənistanın işğal etdiyi ərazilərdən çıxması ilə mümkündür.

Ermənistana qol-qanad gərənlər unutmamalıdır ki, bu işdən gec, ya da tez zərər görəcəklər. Ermənistan unutmasın ki, böyük qardaşları həmişə onun yanında olmayacaq. Ermənistan kimdən dəstək alırsa-alsın, Azərbaycan öz torpaqlarından bu quldur dövləti qovmaq gücündədir.

Beynəlxalq təşkilatlar artıq qərarlarının namusunu qorumalıdırlar. Minsk qrupu münaqişəni həll etmək üçün heç bir gerçək iradə göstərməyib, münaqişəni həll etmək əvəzinə, həllsizlik yaradıb. Artıq Minsk qrupunun beyin ölümü baş verib. Ermənistan keçmişdə törətdiyi cinayətlərə görə cəzasız qaldığı üçün bu gün oxşar əməllərə cəhd etmək istəyir. Azərbaycan hər zaman sülhdən yana olub və şərt də bəllidir, Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır”.

Xəbər 3927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +