İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


20.10.2020  12:35 

Ermənilərin növbəti “fişinq” hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq





A+  A-

Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir.Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır.

Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.



Xəbər 3926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +