Trampı “güc tətbiq etməkdən qorxmayan“ “sülhməramlıdır“
Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir


19.10.2020  14:38 

9 ayda 15 uşaq övladlığa götürülüb





A+  A-

Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 15 uşaq (14-ü Azərbaycan vətəndaşı, 1-i əcnəbi tərəfindən) övladlığa götürülüb. Onlardan 5-i qız, 10-u oğlandır.
XəzərNews.az xəbər verir ki, övladlığa götürülmüş uşaqların 6-sı 3 yaşa qədər, 4-ü 4-6 yaş, 4-ü 7-11 yaş, 1-i 12-18 yaş aralığındadır. Uşaqlardan 14-ü evli cütlüklər, 1-i tək ana tərəfindən övladlığa götürülüb.

Övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunan sahədə yeni idarəetmə modelinin əsas prinsiplərindən biri - uşaqların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarətin həyata keçirilməsidir. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.

Bu ilin 9 ayında da ötən dövrdə övladlığa götürülmüş 90 uşağın əyani, habelə pandemiya dövründə 1444 uşağın distant formada monitorinqi aparılıb.



Xəbər 3455 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +