“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


11.04.2020  15:48 

ÜST karantini bitirmək istəyən ölkələrə xəbərdarlıq etdi





A+  A-

“Koronavirus infeksiyasının yayılması səbəbindən ölkə əhalisi arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar tələsik verilməməlidir”.
XəzərNews.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığında bildirilir.

Məlumatda qeyd olunur ki, anidən verilmiş hər hansı bir qərar yeni bir xəstəlik dalğasına və qurbanların sayının artmasına səbəb ola bilər.

Qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus bu cür qadağaların mənfi iqtisadi təsirinə baxmayaraq, məhdudiyyətlərin qaldırılmasında tələsikliyə yol verilməməsinin vacibliyini vurğulayıb.

O, bəzi ölkələrdə yoluxma sayında artım tempinin yavaşladığını təsdiqləyib.

ÜST-nin rəhbəri qeyd edib ki, bəzi ölkələrdə irəliləyişlər müşahidə olunsa da, bəzilərində vəziyyət kəskin pisləşməyə doğru gedir. Belə ki, virus səhiyyə sistemində ciddi problemləri olan Afrikada geniş yayılmağa başlayıb.

Qeyd edək ki, Avropada COVİD-19-dan ən çox təsirlənən ölkələr: İtaliya və İspaniya karantin rejimindədir, lakin tədricən bəzi məhdudiyyətləri aradan qaldırırlar.

Məsələn, İspaniyada 13 apreldən etibarən çox əhəmiyyətli sahələrdə işləyənlər, məsələn, inşaatçılar işə qayıda biləcəklər. Aprelin 10-da bu ölkədə son 17 gündə koronavirus qurbanlarının minimum gündəlik sayı qeydə alınıb: 605. Bu günə qədər İspaniyada 158,273 nəfər koronavirusa yoluxub, 16, 081 nəfər xəstəlikdən ölüb.

İtaliyada karantin mayın 3-dək uzadılıb, ancaq 14 apreldə bəzi kiçik sahibkarlar işə qayıtmağa başlayacaqlar. Xüsusilə kitab və uşaq geyimləri mağazaları fəaliyyətini bərpa edəcək.

Hazırda isə İtaliyada yalnız aptek və ərzaq mağazaları fəaliyyət göstərir.

İtaliya dünyada ölüm sayına görə ilk yerdədir – 18, 849 nəfər. Ölkədə 147,577 nəfər virusa yoluxub.

Xəbər 1157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +