İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


14.06.2019  12:57 

Sabah 38 dərəcə isti olacaq, dolu yağacaq





A+  A-

15 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 15-də hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər 3116 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +