İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


07.05.2019  23:54 

“Bir arpa boyu yol getməmişik” - Güldən YSK qərarına etiraz





A+  A-

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Ali Seçki Komissiyasının (YSK) İstanbul bələdiyyə seçkilərini yenidən keçirməsinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, keçmiş prezident fikirlərini Tvitter səhifəsində yazıb:

“Konstitusiya Məhkəməsinin 2007-ci ildəki haqsız “367 qərarı” qarşısında nə hiss etdimsə, başqa bir ali məhkəmə olan YSK-nın dünənki qərarını eşidəndə də eyni duyğuları yaşadım. Təəssüf, bir arpa boyu yol getməmişik”.

Xatırladaq ki, 2007-ci ilin aprelində prezident seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğan partiyasının namizədi kimi Abdullah Gülü irəli sürmüşdü. Ancaq bu ərəfədə keçmiş baş prokuror Sabih Kanadoğlu səsvermənin ilk turunda 367 millət vəkilinin iştirak etməli olduğu tezisini ortaya atdı. Bu isə o demək idi ki, TBMM-də 354 deputat sayı olan iqtidar təkbaşına prezidenti seçə bilməyəcəkdi. Gül ilk turda 357 səs toplaya bildi. CHP səsvermədən dərhal sonra Məclisi boykot etdi, MHP isə səsvermədə iştirakı rədd etdi. Üstəlik, Anayasa Məhkəməsinə müraciət edən CHP Məclisin ilk sessiyasının təxirə salınmasına və 367 iddiasının qəbul edilməsinə nail oldu. Beləliklə, 6 may 2007-ci ildə Məclisdə aparılan birinci tur səsverməsi ləğv edildi və 367 səs toplaya bilməyən Gül prezident seçilə bilmədi.



Xəbər 1440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +