Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


29.04.2019  16:09 

AST Telmanın Beynəlxalq Banka 70 milyon dollar borcu varmış





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə Beynəlxalq Bankın Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev şahid kimi ifadə verərək silsilə faktlar açıqlayıb.

O deyib ki, onu həmin vəzifəyə C.Hacıyev təyin edib: “Cahangir Hacıyevin tapşırığı ilə bankdan ayrılan pulla Qazaxıstanda "Kultuk" neft yatağı alındı, yataq üçün 16 milyon dollar ödəndildi.

Yataq öncə bir neçə şəxsin adına rəsmiləşdi, bank tərəfdən isə əməkdaş Hətəm Həsənovun adına 60 faiz səhm alındı. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, səhmlər Cahangir Hacıyevin adına rəsmiləşdirildi. Hazırda Qazaxıstanda bu işlə bağlı məhkəmə çəkişməsi gedir.

Rusiyada yaşayan biznesmen Telman İsmayılov da bankdan 70 milyon dollar kredit götürmüşdü. Odessa şəhərində ticarət mərkəzlərinin inşası üçün müraciət etmişdi, ona kredit verildi. Lakin Telman İsmayılovun biznesində problemlər yarandığı üçün kreditləri ödəyə bilmədi. Sonra Telman İsmayılov özünün 4 şirkətini Cahangir Hacıyevin yaxını Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə ötürdü.

Bundan başqa, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Faizi ödəsə də, əsas borcu ödəməmişdi”.

Xəbər 1668 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +