Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


22.01.2019  18:05 

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM





A+  A-

"Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan araşdırılmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib".
XəzərNews.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib:

"Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyətilə Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir".

Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib:

"Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Burada Bakınin mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarda parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir.

Təbii olaraq qiymətlərə baxılacaq. Çünki əvvəlki qirumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 aya avtomobil üçün 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir".

V. Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təstiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik".

Xəbər 1366 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +