Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


22.01.2019  15:23 

Bakıda qumarxana aşkarlandı





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi gizli obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (İDN) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Baş İdarəyə paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri Elçin Quliyev və Rüfət Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı E.Quliyevin R.Yüzbaşovla birlikdə kirayəyə götürdükləri həmin mənzildə qanunsuz poker qumar oyunları təşkil etdikləri sübuta yetirilib.

Evə baxış zamanı kartlar, çoxlu sayda oyun fişləri, qumar oyunlarına qoyulan əsasən xarici valtyutadan ibarət külli miqdarda pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E.Quliyevin R.Yüzbaşov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 1261 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +