Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


21.01.2019  15:43 

İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM yaradılır





A+  A-

Bakıda istifadəyə verilən “novostroykalar”la bağlı problem bitmək bilmir. Son vaxtlar istifadəyə verilən bu yeni yaşayış binlarında daha bir problem ortaya çıxıb. Mənzil Tikinti Korperativləri (MTK) kommunal borcları (lift, zibilpulu) ödəməyən vətəndaşların işıq, qaz və suyunu kəsirlər. Vətəndaşların kommunal borcları ödəməməyinin əsas səbəbi isə onlara ödəniş müqabilində qəbz və yaxud hər hansı sənəd verilməməsidir.
Bu özbaşınalıq Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun şəriki olduğu yaşayış binalarında daha da artıb.

XəzərNews.az xəbər verir ki, sakinlərin Modern.az-a bildiridiyinə görə, MTK-ların təhvil vermədiyi, ancaq yaşayışın olduğu binalarda vətəndaşlar abonent kimi “Azərişıq”da qeydiyyata alınmır. Yəni abonentlə “Azərişıq” arasında müqavilə olmur. Bina təhvil veriləndən sonra artıq icra hakimiyyətinin balansına daxil edildiyi zaman vətəndaş abonent olaraq qəbul edilir. Problemlər də əsasən elə bu səbəbdən yaranır.

Bəs qanun nə deyir?

İnzibati Xətalar Məcəlləsinin 279 maddəsinə əsasən, vətəndaşı qanunsuz olaraq işıqsız qoyanlar üçün cərimələr nəzərdə tutulub. Bunu edən fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər işə 2500 manatdan 3000 manatadək cərimə edilə bilər.

Xəbər 1584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +