Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


19.01.2019  16:03 

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək





A+  A-

16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.
XəzərNews.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, 31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Qao Ley, Uşakov Dmitri və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.

Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

- (Belarus) Qonçarov Vladislav – Olimpiya Oyunları 2016 – qızıl

- (Kanada) Maklennan Rosannah – Olimpiya Oyunları 2012, 2016 – qızıl

- (Kanada) Burinet Ceyson – Olimpiya Oyunları 2008 – gümüş

- (Çin) Donq Donq – Olimpiya Oyunları 2012 – qızıl

- (Çin) Gao Ley – Olimpiya Oyunları 2016 – bürünc

- (Böyük Britaniya) Peyc Brioni – Olimpiya Oyunları 2016 – gümüş

- (Rusiya) Uşakov Dmitriy – Olimpiya Oyunları 2012 – gümüş

- (Avstraliya) Vizani Benni – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc

- (Belarus) Rabstau Aleh – Dünya Çempionatı 2018 – qızıl (sinxron)

- (Rusiya) Yudin Andrey – Dünya Çempionatı 2018 – bürünc

- (Rusiya) Pavlova Yana – Dünya Çempionatı 2018 – bürünc

- (Avstriya) Klarke Dominik – Dünya Çempionatı 2018 – bürünc (sinxron)

- (Portuqaliya) Gançinho Dioqo – Avropa Çempionatı 2018 – qızıl

- (Belarus) Litvinoviç İvan – Avropa Çempionatı (yeniyetmə) 2018 – qızıl

- (Belarus) Qonçarova Hanna – Avropa Çempionatı – gümüş

- (Fransa) Morante Allan – Avropa Çempionatı 2018 – bürünc

- (Qazaxıstan) Aliyev Pirmammad – Asiya Oyunları 2018 – bürünc

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

Xəbər 1545 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +