Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb


06.12.2018  09:03 

Bakıda daha bir müəllim- şagird davası - VİDEO





A+  A-

Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib.
XəzərNews.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, xoşagəlməz kadrlar sinifdə olan şagirdlərin biri tərəfindən çəkilib. Sözügedən kadrlar 12 nömrəli Bakı Peşə Liseyində çəkilib.

Araşdırma zamanı məlum olub ki, hadisə peşə liseyində 307 nömrəli qurupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.

Şagirdin bu iddialarından sonra adı hallanan Oktay Allahverdiyev isə bildirib ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıb. Bundan sonra o, şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb.

Məsələ ilə bağlı Liseyin Tərbiyə işləri üzrə direktor müavini Səməd Nəbiyev söyləyib ki, məlum videodakı hadisədən bu günə qədər ümumiyyətlə məlumatsız olublar.

S. Nəbiyev həmin qrupun liseyin problemi qrupu hesab olunduğunu, orada oxuyan şagirdlərin dərs zamanı nizam-intizam qaydalarını pozmaları haqda bir neçə dəfə aidiyyatı qurumlara da məlumat verildiyini bildirib.

Qeyd edək ki, videogörüntünün oktyabr ayının sonunda çəkildiyi bildirilir.



Xəbər 1473 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +