Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


14.11.2018  10:28 

“Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev





A+  A-

Noyabrın 14-də Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib.
DTX-dən XəzərNews.az-a verilən məlumata görə, iclasda general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

M.Quliyev tədbirdə “Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bir sıra regionlarında, xüsusilə Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin qalmaqda davam edir: “Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib”.

DTX rəisi qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsinin zəruri olduğunu bildirib. Bu baxımdan türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin aktual və vacib olduğunu qeyd edib.

General-polkovnik Mədət Quliyevin iclas çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Xəbər 3312 dəfə oxunub.




24.06.2025  18:40 

Anadolu incisi - Bitlis

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?


BÜTÜN XƏBƏRLƏR +