Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə
İdmançının makiyajsız görünüşü diqqət çəkdi
Mərkəzi Bank “Unibank“a xəbərdarlıq etdi
175 milyard dollar dəyərində “Qızıl Qübbə“
Nazir müavinin qardaşı 1.2 milyonluq tenderin qalibi oldu
Bir az insaf, bir az vicdan! - Gömrükdən şikayət
Ata öz qızını avtobusda döydü
Qayıdış reallaşana qədər... - Prezident
14 kq narkotiklə tutuldular


05.05.2018  14:11 

Dünyanın ən çox satılan telefonu hansıdır?





A+  A-

“iPhone X” 2018-ci ilin birinci rübünün yekunları üzrə ən çox satılan smartfon olub. Bu barədə “Strategy Analytics” şirkətinin qeyd olunan müddət üçün tədqiqat hesabatında deyilir.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, cari ilin yanvar-martında dünyada satılan smartfonların sayı 345 milyon təşkil edib.

“Apple” şirkəti 16 milyon “iPhone X” modeli satıb ki, bu da ümumi satış sayının 4,6 faizinə bərabər olmaqla ən yüksək göstərici hesab edilir.

Bildirilir ki, ikinci və üçüncü yerləri “iPhone 8” və “8 Plus” smartfonları tutub. Hesabat dövründə 12,5 milyon “iPhone 8” və 8,3 milyon “iPhone 8 Plus” satılıb. Dördüncü pillədə satışı 5,6 milyon ədədə bərabər “iPhone 7” modeli qərarlaşıb.

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar beşinci və altıncı yerlə kifayətlənib. Analitiklərin məlumatına görə, ən populyar “Android” qurğuları “Xiaomi Redmi 5A” və “Samsung Galaxy S9 Plus” olub.

Həmçinin məlum olub ki, “iPhone 8” və “8 Plus” modelləri martda “Apple” şirkətinin ən populyar modelləri seçilib. Bu, analitiklər tərəfindən qırmızı rəngli qurğuların buraxılışı ilə izah edilib.

Bundan əvvəl bir sıra nüfuzlu mənbə və jurnalistlər “iPhone X” smartfonunun “Apple” şirkətinə ciddi ziyan vuracağını proqnozlaşdırıb. Analitiklər qurğunu incəliyi, ön kamera üçün kiçik açıq yerin olması və 2017-ci ilin birinci rübündə zəif satış göstəricilərinə görə tənqid ediblər. “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak isə qurğunun mürəkkəb idarəetməyə malik olmasından narazılığını ifadə edib.

Xəbər 1712 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +