Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


16.08.2017  11:19 

“Vəsaitləri oğurlamaq lazım idi?” - Heydər Əsədov





A+  A-

“Kəndli torpaqdan istifadə etmirsə, onu icarəyə verə, yaxud da kiməsə bağışlaya, sata bilər. Lakin torpaq boş durmamalıdır. Bu halda sanksiyalar tətbiq olunacaq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Kənd təsərrüfatı naziri Heydər Əsədov virtualaz.org-a müsahibəsində deyib. Nazirin sözlərinə görə, Nazirlər Kabineti müvafiq sərəncam verib, indi sanksiyaların real mexanizmini işləmək lazımdır:

“Biz kənd təsərrüfatının elektron sistemini yaratmışıq ki, bu kənd təsərrüfatının aparılmasının tam mənası ilə monitorinqini və effektivliyin analizini mümkün edir. Burada həmçinin fermerlərin qeydiyyatı və onların torpaq sahələrinin eyniləşdirilməsi aparılır. Cərimələri də həmin sistem əsasında yazacağıq. Kəndlilərin bundan artıq xəbəri var. Çoxları indidən cərimələrin tətbiq olunacağından ehtiyat edir”.

Regionlarda yenidən insanları kazarma metodu üzrə pambıq yığmağa çıxarırlar. Rayon başçısı rayonun fəalları ilə tarlalara çıxır və sovet ənənələrinə uyğun tamaşa təşkil edir. Nəyə görə adamları məcburən tarlalara qovurlar? Bu, bazar iqtisadiyyatı qanunları ilə necə uzlaşır?

- Hökumətdə bilirlər, mən inzibati tədbirlərin qəti əleyhdarıyam. Bunu açıq söyləyirəm. Mən bununla kökündən narazıyam və necə deyərlər, könüllü-məcburi tədbirlərin tətbiqi barədə heç eşitmək belə istəmirəm. Əlbəttə, bizə də müəyyən siqnallar daxil olur.

Digər tərəfdən, maarifləndirmə işi də lazımdır. İnsanları maarifləndirmək və torpağa qaytarmaq lazımdır. İnandırmaq! Lakin təəssüf ki, əyintilər və əndazədən çıxmalar da yox deyil. Amma bəzən inzibati tədbirlər də müəyyən nəticə verir. Siz özünüz kolxoz icmasının Belarus modelini misal göstərdiniz. Lakin tarixin dialektikası, dövlət idarəçiliyinin müasir nəzəriyyələri baxımından iqtisadiyyatın inzibati metodlarla idarə olunması atavizmdir və bunu ləğv etmək lazımdır. Mən hər zaman buna çağırıram.

Bu yaxınlarda sizi yeni bahalı inzibati binanın tikintisinə görə tənqid etmişdik. Yeni binanın tikilməsinə ehtiyac var idimi? İslahatlar dövründə bu pulları başqa, daha effektiv məqsədlər üçün sərf etmək daha yaxşı olmazdımı?

Gəlin, açıq və səmimi danışaq. Bir var bina tikəsən, bir də var bahalı bina tikəsən. Bu səhvdir, yanılırsınız, biz bahalı bina tikməmişik. Hər kvadrat metr bizə 860 manata başa gəlib. İndi isə necə yüksək keyfiyyətli tikinti olmasına baxın! Mən tam məsuliyyəti ilə deyirəm – tikinti işləri şəffaflıqla yerinə yetirilib, heç bir bahalı tikintidən söhbət gedə bilməz. Mən bütün yoxlamalara hazıram və sözlərimə cavabdehəm.

İkincisi, söhbət inzibati binalardan getmir! Birinci mərtəbədə aqrokimya laboratoriyası, ikinci mərtəbədə toxumların tədqiqi laboratoriyası, üçüncü mərtəbədə diaqnostika mərkəzi, dördüncü mərtəbədə isə elmi-informasiya (konsaltinq) mərkəzi və treninqlərin keçirilməsi üçün otaqlar yerləşəcək.

Baytarlıq laboratoriyası üçün yerimiz yox idi. Bəs laborator tədqiqatlar harada aparılsın? İnsitutlar hara yerləşdirilsin?

Bəli, zövqlə tikmişik və bunlar çox yaraşıqlı binalardır. Mən ki sökmürəm, qururam! Pis nə edirəm ki? Vəsaitləri oğurlamaq lazım idi? Belə olan halda mənə “sağ ol” deyəcəkdiniz? Məgər mən hər kvadrat metri 2 min manata olan bina tikmişəm?

Xəbər 1376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +