Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


03.08.2017  15:19 

Damla “beh” aldı, amma toya getmədi





A+  A-

Tanınmış müğənni Damla toy üçün ev sahibindən "beh" alıb, son anda toya gəlməyib.
XəzərNews.az xəbər verir ki, bu haqda Azxeber.com-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib.

Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN "beh" verib: "İyul ayının 27-də Masallı rayonun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat "beh" verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik".

Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: "Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu mənə çox böyük zərbə oldu".

Sözügedən sayt məsələ ilə bağlı müğənni Damlanın prodüseri Mehin Əliquliyeva ilə əlaqə saxlayıb. O qeyd edib ki, bu cür hallar bundan öncə də baş verib və ola bilər ki, kimsə müğənninin adından istifadə edib.

Qeyd edək ki, ev sahibi müğənninin prodüseri ilə "whatsapp" yazışmasını da redaksiyaya təqdim edib.

Xəbər 1581 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +