Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


03.03.2017  10:18 

Cavid Qurbanovla general arasında 5 milyonluq QALMAQAL





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı mətbuatda maraqlı informasiya yayılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, 24saat.org-da dərc olunan məlumatda iddia olunur ki, 2 il əvvəl Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Göl” restoranının bir gecənin içində yerlə bir edilməsi Cavid Qurbanovun göstərişi ilə baş verib. Bu restoran paytaxtın qeyri-adi restoranlarından biri və birincisi hesab edilirdi. Restoranın inşa olunduğu yer (Milli Arxiv İdarəsinin arxası) keçmişdə daş karxanası kimi istifadə olunub. Karxana dağılandan sonra yerində göl əmələ gəlib. Restoran da gölün üstündə inşa edilib.

Bəs restoran niyə sökülüb? Cavid Qurbanovun bu məsələyə nə aiddiyyatı var?
Məlumatda deyilir ki, restoran və onu əhatə edən ərazi göl qarışıq Fərhad adlı şəxsə məxsus olub. Həmin ərazidə Cavid Qurbanov Fərhadla sövdələşərək özünə villa tikdirib.


Uzun müddət villasında rahatca yaşayan Qurbanovun bütün ərazini almasına səbəb isə hakimiyyətdə kifayət qədər nüfuz sahibi olan generallardan birinin yaxın qohumunun həmin restoranda dostları ilə əylənməsi olub. Müsiqinin səsi əraziyə yayıldığına görə Cavid Qurbanov hiddətlənib və mühafizəçilərini restorana göndərib. Mühafizəçilər restoranın rəhbərliyindən musiqinin səsini almağı tələb ediblər. Bu zaman həmin generalın qohumu məsələyə müdaxilə edib. Mühafizəçilər bu barədə Cavid Qurbanovu məlumatlandırandan sonra o, restoranı və onun ətrafını satın almaq qərarına gəlib. Restoranın sahibi Fərhad adlı şəxsə təzyiqlərdən sonra o, “Göl”ü Cavid Qurbanova satmağa məcbur olub.

İddialara görə, Cavid Qurbanov bu məsələdə 5 milyon manat xərcə düşüb. Restoranı alan kimi isə yerlə yeksan etdirib.

Yeri gəlmişkən, restoranın söküldüyü barədə məlumat yayılanda Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən bildirilmişdi ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb.

Xəbər 6179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +