Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


23.04.2025  17:39 

Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu





A+  A-

Qanunsuz fəaliyyət göstərən plastik cərrahları ifşa edən Amerikada yaşayan jurnalist Qənirə Ataşova özünü plastik cərrah kimi təqdim edən Gülşüm Əliyeva ilə bağlı faktlar ortaya qoyub.

XəzərNews.az xəbər verir ki, Q.Ataşova özünü “Gül Əliyeva” kimi təqdim edən Gülsüm Əliyevanın Azərbaycan Tibb Universitetində təhsil almadığını, təhsilsiz şəkildə plastik cərrah kimi fəaliyyət göstərdiyini və hətta ölümə səbəb olduğunu bildirib:

“Gülsüm Əliyeva uzun müddət Respublika Klinik Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Vüsal adlı bir şəxslə tanışlığından sonra isə özünü həkim kimi təqdim etməyə başlayıb.

Səhiyyə Nazirliyinin məlumat bazasında Gülsüm Əliyeva həkim kimi qeydiyyatda deyil. Türkiyənin rəsmi təhsil sistemində də onun adına rast gəlinmir.

Əldə edilən sənədlərə görə, Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir. Sənədlərdə əməliyyatın birbaşa Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyi qeyd edilsə də, hazırda bu faktlar müxtəlif səbəblərlə gizlədilir və onun adı rəsmi sənədlərdə keçmir.

Eyni zamanda, Rusiya əsilli Azərbaycan vətəndaşı Zarina Minakovskaya adlı bir şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğu bildirilir. Məlumata görə, Zarina xanımın paylaşım etməməsi üçün təzyiqlə qarşılaşması da narahatlıq doğuran digər bir məqamdır”.

Jurnalist Q.Ataşova bir neçə gün əvvəlki paylaşımında Gülsüm Əliyevanın VMR Klinikasının sahibi Vüsal Həsənovun həyat yoldaşı olduğunu qeyd etmişdi.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

Xəbər 3013 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +