Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?


29.01.2025  10:25 

“Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - Video





A+  A-

Xəbər verdiyimiz kimi, yanvarın 21-də 37 yaşlı Ceyhun Süleymanov “Medilife” klinikasında dünyasını dəyişib.

XəzərNews.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun anası Afayət Süleymanovanın iddiasına görə, oğlu həkim səhlənkarlığının qurbanı olub.

O bildirib ki, oğlu mədə-bağırsağını müayinə etdirməyə “Stimul” klinikasına gedib:

“Təzyiqi aşağı olduğu üçün ona iynə aldırıb vurublar. Ceyhun narahatlığı olar deyə narkoz almaq istədiyini deyib. Həkim Ləman Xasıyeva isə narkoz verənin işdə olmadığını söyləyib, ona “Medlife” Hospitala getməyi tövsiyə edib. “Mən gəlib səni orada müayinə edərəm”, deyib”.

Daha sonra anası oğlu ilə telefonda danışıb. Həmin gün Ceyhun Süleymanov deyib ki, 4 dəfə bağırsağı yuyulub və özünü yaxşı hiss edir:

“Ondan sonra qaynımgilə xəbər gəlib, klinikaya gediblər. Xəstəxanada görüblər ki, oğlum otaqda uzanıb, yanında heç bir həkim yoxdur. Onunla gedən oğlan görüb ki, həkimlər qaçırlar. Nə olduğunu soruşanda deyiblər ki, ayılda bilmirik. Əməliyyatdan öncə heç bir analiz götürülməyib. Övladımın ciddi problemi yox idi, ancaq müayinəyə getmişdi. Xəstə adam da video çəkər? Otağında video çəkib, hazırlıq prosesini görüntüləyib. Evin tək oğlu idi, iki övladı da var idi”.

İddialarla bağlı yenidən klinikaya müraciət edilsə də, suallara cavab verən olmayıb. Xəstəxanadan bildirilib ki, hazırda Ləman Xasıyeva klinikada deyil. Sualları cavablandırmaq üçün isə məsul şəxs yoxdur.

Qeyd edək ki, hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Daha ətraflı videomaterialda:



Xəbər 2883 dəfə oxunub.



24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +