Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


09.07.2019  09:07 

Ayaqqabısında yarım kilodan çox narkotik gizlətdi





A+  A-

Astara Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayaqqabısında qaçaqmal yolu ilə İran İslam Respublikasından yarım kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri Corat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rövşən Şükürov Astara şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı hər iki ayaqqabısının içərisindən qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə satış məqsədilə gətirdiyi ümumilikdə 505 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2952 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +