Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


02.07.2022  17:30 

İlham Əliyev FƏRMAN İMZALADI





A+  A-

Prezident İlham Əliyev tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edib.

XəzərNews.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, ölkədə bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılana qədər, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi; eləcə də Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi "Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Nazirlər Kabineti bu işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmasını, növbəti illərin dövlət büdcəsində isə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər 1883 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +