Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


30.08.2025  16:51 

Stokholmda Qarabağ qələbəsinin 5 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib - Fotolar





A+  A-

Avqustun 30-da Stokholm şəhərində Azərbaycanın Qarabağ müharibəsində Qələbəsinin 5 illiyinə həsr olunmuş “Chronicle of victory: The victorious leader of a triumphant nation” (Zəfər səlnaməsi: Qalib xalqın müzəffər lideri) adlı onlayn beynəlxalq konfrans keçirilib.

XəzərNews.az xəbər verir ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu (İsveç), İsveç Azərbaycanlıları Konqresi, Qafqaz Universiteti (Türkiyə), Türk Dünyası Mədəniyyət və İncəsənət Nəşriyyatının (Türkiyə) birgə təşəbbüsü ilə təşkil olunan konfransı Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev açıb. E.Mirzəyev qeyd edib ki, konfrans Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsinin tarixi əhəmiyyətini müzakirə etmək, elm, mədəniyyət və ictimai diplomatiya sahələrində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.

Sonra Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşı Orxan Nemətov, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi, hüquq elmləri doktoru Hikmət Cavadov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könul Eyvazovanın konfrans iştirakçılarına müraciəti dinlənilib.

Müxtəlif ölkələrdən konfransda iştirak edən alimlər qeyd ediblər ki, Qarabağda qələbə Azərbaycan xalqının vahid qüvvə kimi çıxış etməsi, mənəvi gücü, Vətənə sarsılmaz inamın nümayişi ilə yanaşı, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, əsgərlərimizin igidliyi və ən başlıcası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu birliyi idarə etməsi nəticəsində əldə olunub.

Alimlər bildiriblər ki, Prezident İlham Əliyev 90-cı illərin əvvəlində qazanılmış müstəqilliyi qoruyub saxlamaqla kifayətlənməmiş, həm də XXI əsrdə ölkənin inkişaf yolunu yenidən müəyyənləşdirən islahatçı lider kimi çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi irsə söykənən davamlılıqla yanaşı, iqtisadi diversifikasiya, hərbi modernizasiya və fəal diplomatiya sahələrində islahatlar müəllifi olan Prezident İlham Əliyevin yeganə hədəfi və bütün fəaliyyəti işğal olunmuş torpaqların geri qaytarılmasına hesablanmışdır.

Konfransda həmçinin Avropadakı Azərbaycan diasporunun rolu xüsusi qeyd edilib. Bildirilib ki, diaspora milli kimliyin qorunması, Vətənlə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm töhfələr verir.










Xəbər 1308 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +