26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO


08.05.2025  14:45 

“RabitəBank” keşbək faizlərini aşağı salır





A+  A-

"RabitəBank” ASC "Kartmane debet”, "Kartmane taksit” və premium kart sahiblərinə təqdim etdiyi keşbək faizlərini aşağı salır.

XəzərNews.az xəbər verir ki, bu barədə Bankın müştərilərinə göndərdiyi məlumatda qeyd edilir.

Yeni qaydalara görə, "Kartmane taksit” kartı istifadəçiləri daha yanacaqdoldurma məntəqələrindən 10%-lik keşbək ala bilməyəcəklər.

Bu imtiyaz 2 dəfə azaldılaraq 5%-ə salınıb. Eyni zamanda bu kartlarla market və restoranlarda ödəniş edənlər 5% deyil 3% keşbək qazanacaqlar.

Bankın debet kart istifadəçiləri isə YDM-lərdə əvvəlki kimi 3% deyil 2% keşbək əldə edəcəklər.

Həmçinin marketlərdə alış-veriş zamanı ödəyəcəkləri vəsaitin 2%-i yox 1,5%-i geri qayıdacaq.

Digər ödənişlərdə də bu göstərici 1,5% dən 1%-ə salınıb. Qeyd edək ki, yeni qaydalar mayın 12-də qüvvəyə minəcək.

Xəbər 3282 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +