VHP deputat Rafael Hüseynova töhmət verdi
İcra hakimiyyətlərində bu şöbələr ləğv edildi
Rusiya Müdafiə Nazirliyinin saytı haker hücumuna məruz qalıb
Mehdiyevlə Şərurlu İsfəndiyar arasında əlaqə var - MƏHKƏMƏ
Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi


02.12.2025  17:38 

Sarkisyan Putinə nə yazıb? - “İlham Əliyev bütün təklifləri rədd edir”





A+  A-

Ermənistan hökuməti “Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı sənədlər”i dərc edib.

Bu qapalı sənədlər hökümətin rəsmi saytında yerləşdirilib.

Sənədlərlə bağlı şərhdə deyilir ki, bunlar 2020-ci ildən əvvəl baş verən danışıqlar prosesinə ümumi baxış təqdim edən Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı dövlət qurumlarında saxlanılan bir sıra sənədləri əhatə edir.

Bu sənədlərdən biri aprel döyüşlərindən sonra Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Putinə yazdığı məktubdur.

Məktub 5 avqust 2016-cı ildə yazılıb.

Sənəddə Sərksiyan Moskvanı Qarabağ münaqişəsinin həlli üçün çalışmalarını tərifləyir. Bununla yanaşı Sərksiyan qeyd edir ki, həm Madrid Prinsipləri, həm də “Kazan sənədi” erməni tərəflərinin tələb və gözləntilərini tam ödəməsə də, müəyyən dərəcədə balanslaşdırılmışdı: “Azərbaycan Prezidenti bir daha həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan Kazanda əvvəllər razılaşdırılmış dilə ondan çox düzəliş təqdim etdi. Bundan əlavə, Azərbaycan tərəflərin 2007-ci ildən bəri həmsədr ölkələrin vasitəçiliyi ilə üzərində işlədiyi Madrid Prinsiplərini də rədd etdi”.

Sərksiyan Putinə yazır ki, “Azərbaycanın “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu olduqca təhlükəlidir: “Onun tətbiqi o demək olardı ki, Azərbaycan istənilən mərhələdə özü üçün əhəmiyyətli risk yaratmadan nizamlama prosesini dayandıra bilər”.

2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ sammitlərini xatırladan Sərksiyan qeyd edir ki, bu görüşlər sülh prosesi üçün müəyyən ümidlər yaratmşdı: “Lakin Bakı son dərəcə kəskin mövqe tutaraq, hadisənin araşdırılması mexanizminin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi və atəşkəsə riayət edilməsi barədə əldə edilmiş razılaşmaları həyata keçirməkdən imtina edib”.

Sənəddən mlum olur ki, Prezident Əliyevin Sankt-Peterburq sammitinin nəticələrinin şərhi Sarksiyanı narahat edib. Xatırldaq ki, prezident İlham Əliyev açıqlamasında beş, daha sonra daha iki rayonu təslim etmək barədə razılığa gəldiklərini, yalnız bundan sonra bütün digər məsələlər müzakirə olunacağını demişdi.

Daha sonra Sarksiyan Putinə müraciətində XİN başçısı Sergey Lavrovun təqdim etdiyi ideyalarla bağlı mülahizələrini qeyd edib: “Bizim üçün bu, Dağlıq Qarabağın “təhlükəsizlik zonası”nın (İşğal olunmuş 6 rayon nəzərdə tutulur-red) əhəmiyyətli dərəcədə azaldılması artıq hərbi güc balansının pozulmasına səbəb olardı. Əsl ərazi güzəşti yalnız həmsədr ölkələrin Dağlıq Qarabağın aralıq və yekun statusu ilə bağlı bəyanatı ilə kompensasiya edilə bilməz. Əslində, Azərbaycan Dağlıq Qarabağda gələcək referendum və ya Dağlıq Qarabağın ara statusu ilə bağlı heç bir açıq öhdəlik götürmür.

Əminəm ki, beş rayon əldə etdikdən sonra Azərbaycan daha da sərt olacaq. Aydındır ki, Bakı bu rayonları əldə etməklə Ermənistana hərbi və diplomatik təzyiqi artırmağa, daxili qanunvericiliyinə istinad edərək digər əraziləri geri almağa çalışaraq və Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlı qərar qəbul etməkdən imtina edəcək”.

Sərksiyan yazır ki, İlham Əliyev Dağlıq Qarabağ üçün aralıq statusun amorf versiyası və tamamilə qeyri-müəyyən referendum perspektivi müqabilində yalnız öz problemlərinin həllini tələb edir: “Bir məsələ aydındır: Azərbaycan gələcək referendumu Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə salmaq üçün cidd cəhdlər göstərir. İlham Əliyev daim Dağlıq Qarabağda referendum keçirilməsinə maneə kimi Azərbaycan Konstitusiyasına istinad edir. Üstəlik Əliyev hətta uzaq gələcəkdə də referendum keçirmək ehtimalını istisna edib”.

Daha sonra Sarksiyan Putinə öz təkliflərini yazır.

Sarksiyan yazır ki, Dağlıq Qarabağ sül danışıqlarının bütün mərhələlərində iştirakını təmin edilməlidir. Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən edilənə qədər Kəlbəcər və Laçın rayonlarının Dağlıq Qarabağın tam nəzarəti altında qalacağını bildirməlidr.

Yekun status müəyyən edilənə qədər Dağlıq Qarabağa “müvəqqəti status” veriləcəyini vurğulanmalıdır.

Sarkisyan yazır ki, 5 rayon Azərbayacan qaytarılmalı olsa “silahsızlaşdırılmış ərazi” kimi qalmalıdır.

Bu sənədləri oxuduqca Azərbaycan prezidenti İlham Əliyevin beynəlxaq təzyiqlər altında sona qədər dövlətin maraqları uğrunda mübarizəsinin şahidi oluruq.

Ermənistanın və digər vasitəçilərin isə Qarabağ münaqişəsində mövqeyi bir daha aydın olur.

İndi bu sənədlər artıq lazımsız kağıza çevrilib. Yalnız arxiv üçündür. Azərbaycan apardığı qalibiyyətli müharibə ilə öz ərazi bütövlüyünü tam bərpa edib./AzPost



Xəbər 1763 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +