VHP deputat Rafael Hüseynova töhmət verdi
İcra hakimiyyətlərində bu şöbələr ləğv edildi
Rusiya Müdafiə Nazirliyinin saytı haker hücumuna məruz qalıb
Mehdiyevlə Şərurlu İsfəndiyar arasında əlaqə var - MƏHKƏMƏ
Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi


30.09.2025  11:44 

Qərbi azərbaycanlıların Ermənistana qayıtması və dörd problemin həlli





A+  A-

Ermənistan SSR-ni tərk etmiş azərbaycanlıların ilkin yaşayış məskənlərinə qayıtması təkcə Ermənistan–Azərbaycan münasibətlərində deyil, həm də regional, hətta qlobal miqyasda bir sıra problemlərin həllinə xidmət edir:

I. Ermənilər Qafqazda avtoxton deyil, gəlmədirlər. Qafqazın əsas xüsusiyyəti çoxmillətlilikdir. Burada hər bir kənd, hər bir dağ ətəyi özünəməxsus düşüncə tərzinə malik insan toplumlarından ibarət olub. Bu gün Qafqazda yaşayan xalqların dəqiq sayını müəyyənləşdirmək çətindir, bəlkə də mümkünsüzdür. Qafqaz etnokonfessional coğrafiyadır. Burada həm hənəfi, həm də şafei məzhəbinə əsaslanan çoxsaylı sufi məktəbləri olub, şiəliyə yaxın məktəblər də fəaliyyət göstərib. O dövrdə bu təriqətlər cəmiyyətin elitası hesab edilirdi.

Son dövrlərdə Ramzan Kadırova “Sünniliyin müdafiəçisi” adının verilməsi Qafqazın etnokonfessional balansını silkələyə, dağıdıcı proseslərə təkan verə bilər. MDB məkanının ən böyük problemi Kremlin apardığı siyasətdir. Qərbi azərbaycanlıların Ermənistana qayıtması isə ermənilərin Qafqaz xalqlarına inteqrasiya olunması istiqamətində mühüm zəmin yaradacaq.

Ermənilər heç zaman polietnik və polikonfessional mühitə uyğunlaşmayıblar. Erməni tarixşünaslığı əsasən hökmdar saraylarında yaşamış kiçik qrupların fəaliyyətinə həsr olunub. Ermənilərin farslara, osmanlılara və ruslara münasibəti tarix boyu dəyişkən və ziddiyyətli olub.

Cənubi Qafqazda regional inteqrasiya üçün ermənilərin bu fundamental probleminin həlli vacibdir. Ən optimal yol Rusiyanın XIX əsrdə erməniləri Cənubi Qafqaza yerləşdirdiyi kimi, onların məskunlaşma məsələsi ilə yenidən məşğul olmasıdır.

Tarixi faktlar göstərir ki, Ermənistan ərazisindəki ermənilərin çoxu Osmanlıdan, Azərbaycandakı ermənilər isə İrandan gətirilmişdir. Çar Rusiyası erməniləri Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirməyə çalışırdı, Böyük Britaniya isə onları İranda saxlamaqda maraqlı idi. Bu rəqabət nəticəsində II Rusiya–İran müharibəsinin taleyi də müəyyən olunmuşdu.

Uzunmüddətli sabitlik üçün ermənilərin gələcək statusu aydınlaşdırılmalıdır: ya Qafqaz xalqına çevrilməli, ya da Rusiya və İranın geniş ərazilərində məskunlaşdırılmalıdır. İran son illərdə intellektual potensialını itirib və ermənilər kimi etnik qruplara ehtiyacı var. Onların hətta Tehranda məskunlaşması belə İran cəmiyyətinin deqradasiyasını müəyyən qədər dayandıra bilər.

Beləliklə, Qərbi azərbaycanlıların qayıdışı Ermənistanın Qafqaz xalqına çevrilməsi prosesinin təməlini qoyacaq. Əks halda Ermənistan dövlət kimi mövcudluğunu itirə bilər.

II. Qərbi azərbaycanlıların qayıdışı Ermənistanı çoxkomponentli regional proseslərə cəlb edəcək. Bir il əvvəl Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN müavinləri regional inteqrasiyanı müzakirə etsələr də, Ermənistan sonradan bu prosesdən uzaqlaşdı. İndi onun Türkiyəyə yönəlməsinin səbəbi də məhz regional inteqrasiyadan yayınmaqdır. Ermənistan Gürcüstan üzərindən Avropaya çıxışı mənfi, Türkiyə üzərindən çıxışı isə faydalı sayır. Halbuki, Qərbi azərbaycanlıların qayıdışı Ermənistanın Cənubi Qafqaz müstəvisinə daxil olmasına imkan yaradacaq.

III. Qərbi azərbaycanlıların qayıdışı Ermənistanı polietnik və polikonfessional cəmiyyətə çevirəcək. Bu, ermənilərin dünya dövlətləri sırasına qoşulmasının əsas yoludur. Regionda farslar, ermənilər və yəhudilər kimi qruplar “bir din, bir millət” prinsipi ilə tanınır. Ermənistanın monoetnikliyi və monokonfessional quruluşu isə bu günün çağırışlarına cavab vermir.

IV. Qərbi azərbaycanlıların qayıdışı İranın Ermənistana təsirini azaldacaq. Bu, xüsusi araşdırma mövzusudur, lakin aydındır ki, qayıdış prosesi Ermənistana müstəqil siyasət aparmaq imkanı verəcək və onu İran təsirindən qoruyacaq. Bu həm də Ermənistanın müstəqilliyini və Cənubi Qafqazın müdafiə gücünü artıracaq.

Qərb dövlətləri və Ermənistanın mövcudluğunda maraqlı olan bütün tərəflər bu proseslə təcili məşğul olmalıdır. Əks halda gec ola bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 3237 dəfə oxunub.




11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +