Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir


07.01.2024  11:02 

Bakıda kriminal avtoritet həbs edilib





A+  A-

Kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınan Abbasov Elnur Tofiq oğlu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Xəzərnews.az apa-ya istinadən xəbər verir ki, onun barəsində istintaq orqanın vəsatəti əsasında Nərimanov rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.

2020-ci ildə “Kürd Elnur” sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. Cinayətkarlığı təbliğ edən Elnur Abbasov paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci ildə çıxardığı hökmə əsasən, Elnur Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 6696 dəfə oxunub.



16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +