Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
Müəllim direktoru hədələyib? - “SMS yazıb ki, dilini boğazından çıxararam“
Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq
İsrail Suriya qüvvələrinə 48 saat vaxt verib
Azərbaycan MDB-nin iclasını boykot etdi
Bakıda 2,4 milyonluq brilliant əməliyyatı...
“New Yorker“də kamera soyunub-geyinmə otağını çəkir?-İDDİA
“Nə oldu, Paşinyan?“ın müəllifi həbs olundu
Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb - Hərbi prokuror
Sənədsiz evlərlə bağlı YENİ QƏRAR


26.10.2021  14:12 

Sabahın havası açıqlandı





A+  A-

Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

XezerNews xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Oktyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 2948 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +