14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


16.08.2023  09:25 

Ağdaşda əməliyyat: Şübhəli bilinən 18 nəfər saxlanılıb





A+  A-

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq etməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az -a verilən məlumata görə, rayonun Yuxarı Qəsil və Kükəl kəndləri ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvanların oğurlanması barədə bir neçə zərərçəkmiş tərəfindən polisə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Rəhilə Qurbanova, onunla qeyri-rəsmi münasibətdə yaşayan Ayaz Vəliyev və qadının yetkinlik yaşına çatmayan qohumu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin ayrı-ayrı tarixlərdə oğurladıqları heyvanları A.Vəliyevə məxsus avtomobillə Kürdəmir rayonuna apararaq orada satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən olunub.
Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri- Rafiq Hacıyev, Elsevər Zakirov, Qurban Şəkərəliyev, Elşad Qədirov və Elnur İbişov saxlanılıb. Onların xüsusi qulluq göstərməklə yetişdirdikləri, ümumi çəkisi 25 kiloqrama yaxın çətənə kolları, eləcə də Rafiq Hacıyev və Elsevər Zakirovdan əlavə qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Rayon ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 10 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 2 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər 992 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +