Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


10.03.2023  12:51 

Qələmin namusunu qorumaq, yoxsa satmaq?





A+  A-

Əvvəl qoruyardıq, indi satırıq...

Bu günlərdə Türkiyə mediasında bir istefa haqqında çox danışılır. İstefa verən nə bir partiya sədri, nə də bir nazirdir. Adi, sıradan bir jurnalistdir. Bəs bu istefa niyə Türkiyə mediasına bomba partlayışı effekti yaratdı?

İndi gəlin bu barədə ətraflı danışaq

Türkiyə siyasəti, Türkiyə ictimai-siyasi həyatı ilə maraqlananlar bilər ki, Türkiyədə 6 martdan bu tərəfə ən çox izlənən xəbərlər İqtidar-müxalifət dartışmaları olsa da, iki gün bundan öncə baş verən bir hadisə Türkiyə gündəminə bomba kimi düşdü. Bu hadisə Türkiyə mətbuatında, Türkiyə siyasətində sözün həqiqi mənasında şok effekti yaratdı...

Hadisə bilirsiniz nə idi? Jurnalist Yılmaz Özdilin Sözçü TV və Sözçü qəzetindən istefası...
İndi Azərbaycan oxucusu deyəcək ki, bu nə böyük hadisədir? Haqlı da sualdır.
Amma siz hadisənin böyüklüyünə baxın ki, bütün müxalifət, iqtidar kulisləri, hətta Türkiyənin mafiya babası Sedat Peker belə bu hadisəyə münasibət bildirdi. Sedat Peker, Meral Akşener, Muharrem İnce, CHP rəhbərinin əsas sözçüsü Tuncay Özkan Yılmaz Özdilə dəstəklərini açıq şəkildə bəyan etdilər.

Yılmaz Özdil istefa verərkən tvitter hesabından yazdıqları, olduğu kimi:

“Sözcü gazetesinde buraya kadar… Uğruna mücadele ettiğimiz insanlar tarafından taşlanmayı göze alarak, kalemin namusunu savunmak için elimden geleni yaptım, kariyerimi ortaya koyarak doğru bildiğimi dosdoğru anlattım, anlatmayı beceremediğimi hayat mutlaka anlatacak, hoşça kalın.”

Dəhşətli hadisə bilirsiniz nədir?

Qələmin namusunu qorumaq üçün daşlanmağı belə gözə almaq. Əgər bir jurnalist qələmin namusunu qorumaq üçün bütün əzablara, çətinliklərə hazırdırsa, o zaman ölkədə Yılmaz Özdil, Uğur Dündar, Fatih Altaylı, Ahmet Hakan, Deniz Zeyrek kimi jurnalistlərinin, qələm adamlarının, köşə yazarlarının çıxmasına nə var ki!

İndi gəlin Sizə bir xatırlatma edim. Düz 100 il bundan öncə Azərbaycan mətbuatının ayaqda durması üçün özünü xalqın işıqlı gələcəyinə fəda edən Mirzə Cəlil Məmmədquluzadə əfəndimiz deyirdi ki, “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı”.

İndi gəlin özümüzdən danışaq

Bizim dahi mütəfəkkirlərimiz hələ 100 il öncə Qələmin namusunu qorumağa çalışsalar da, onlardan sonrakı nəsil bu namusu bazara çıxardılar. O qədər ondan-bundan təlimat, pul aldılar ki, Azərbaycan mətbuatı hansısa məmurun çırtmaqla vurub uçuracağı hala düşdü.

Qəzetlərimizdə, saytlarımızda bir köşə yazarı, doğrunu doğru, əyrini əyri göstərməyə çalışan bir jurnalistimiz qalmayıb. Azad fikirli adamları o qədər incitdilər ki, bir qismi xaricə üz tutdu, bir qismi də abrına qısılıb çəkilib oturdu bir kənara. O qədər meydanı verdilər jurnalistikaya arxa qapıdan girənlərə ki, ətrafda özünü, sözünü bilməyənlər, söz deməyə bir yeri çatmayanlar da jurnalistlərə dil uzadıb, zurnalist dedi...

Nəticə?

Nəticə ortada. Bu ölkədə qələmin namusunu qorumalı olanlar, qələmi satışa çıxardıqları üçün mətbuatımız tezslərlə, tapşırıqlarla idarə olunur. Bir məmur da rahat şəkildə jurnalistə deyir ki, "Sən kimsən, məndən hesab sorursan?" Ona görə deyir ki, bilir ki, onun pulu haqqında yazılan istənilən xəbəri silmək gücündə. O jurnalistin isə başqa çörəkpulu qazanacağı redaksiya, media orqanı qalmayıb.

Türkiyədə baş verənlər qoy bizə də dərs olsun. Ölkənin düzəlməyini istəyirsinizsə, bu ölkədən də Yılmaz Özdillərin, Uğur Dündarların, Fatih Altaylıların çıxmasını istəyirsinizə, az da olsa peşəkarlara, sözün qiymətini bilənlərə, qələmin namusunu qorumağa çalışanlara meydan verin, dəstək olun! O zaman görəcəksiniz ki, bu ölkədə bir jurnalistin istefası bir nazirin istefasından daha çox gündəm olur, hələ həbsini demirəm...

Tanrı bizi namusunu satanlardan uzaq eləsin...

Elmar Hüseynov

Xəbər 1401 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +