Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


21.06.2022  13:25 

Vilayət Eyvazov Şeyxin bacısı oğluna yüksək vəzifə verdi





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısı oğlu Əli Əsədullayevə yüksək vəzifə verilib.

XəzərNews.az Criminal.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov şeyxin bacısı oğlunu Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis təyin edib.
Əli Əsədullayev bir neçə gün əvvəl Nərimanov rayon Mühafizə İdarəsinə rəis müavini göndərilən Nasir Babayevin yerinə təyinat alıb.

Əsədullayev 13-cü polis bölməsinə rəis müavini 2019-cu ildə təyin edilmişdi. O, həmin bölmənin o vaxtlar rəis müavini işləyən, ölkədən qaçarkən həbs edilən Mehman Əsədovu əvəzləmişdi.

Ə.Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur. Bundan əvvəl Bakının müxtəlif polis bölmələrində çalışıb.

Qardaşı Tamerlan Əsədullayev bir neçə il əvvəl Bakının «Senator» restoranında dava-dalaş salmışdı. Davada bir nəfər bıçaqlanaraq yaralanmışdı. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs edilmişdi. Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş etmişdi.

Xəbər 1431 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +