“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


16.06.2022  16:12 

Rafiq Ədilov məhkəməyə gətirildi – SƏS yazısı DİNLƏNİLDİ





A+  A-

Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevin, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimovun və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin növbəti məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, hakim prosesdə ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Rafiq Ədilova suallar ünvanlayıb.

R.Ədilov çıxışında rəhbərlik etdiyi idarənin aparıcı məsləhətçisi Mübariz Hacıyevin heç kimdən rüşvət almadığını bildirib.

Prosesdə həmçinin təqsirləndirilən Mübariz Hacıyevin oğlu Röyal Hacıyevlə Rafiq Ədilov arasında keçən və hakimlə Rafiq Ədilovun görüşü iddia edilən səs yazısı dinlənilib. Səs yazısında Rafiq Ədilov Röyal Hacıyevə bildirir ki, hakimlə o yox, Sadiq Yusifov (Rafiq Ədilovun işçisi?!) görüşüb.

Səs yazısının dinlənilməsi bu yerdə hakim tərəfindən dayandırılıb.

M.Hacıyevin vəkili Ramil Məmmədzadə işin mahiyyəti üzrə yenidən araşdırılması ilə bağlı təkrar vəsatət qaldırıb.

Vəsatət təmin olunmayıb.

Məhkəmədə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəyib.

Prokuror Ramin Nəbiyevin 10 il, Qurban Kərimovun 9,5 il və Mübariz Hacıyevin 9 il azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə iyunun 20-də müdafiə tərəfinin çıxışları ilə davam edəcək.

Xatırladaq ki, cinayət işində şikayətçi kimi adı keçən İlham Əzimov qurulmuş ssenari üzrə 8 saylı Regional Ekologiya İdarəsinə gələrək qanunsuz torpaq daşıması üçün Vüqar İsmayılova müraciət edib, daha sonra isə həmin idarənin rəisi Rafiq Ədilovun qəbulunda olub.

İstintaq materiallarına əsasən, qəbuldan sonra İlham Əzimov Rafiq Ədilovla birlikdə idarənin həyətində söhbət edib, daha sonra Rafiq Ədilovun çağırışı ilə Mübariz Hacıyev gəlib və birlikdə dialoqları davam edib. Bu zaman Rafiq Ədilovun göstərişi ilə İlham Əzimov mobil telefonu ilə Bələdiyyə sədri Ramin Nəbiyevi yığaraq danışıb və sonra dəstəyi Rafiq Ədilova verib. Danışığın mahiyyətində “Rafiq Ədilovun Ramin Nəbiyevə axşam Mübarizlə görüşüb danışması barədə” fikirlər səsləndirilib.

İşdə zidiyyətli məqam ondan ibarətdir ki, Mübariz Hacıyevin 2000 manat pul almasını təsdiq edən sübutun yalnız mahiyyəti istintaqın özünə də bəlli olmayan “Ramin Nəbiyevlə Mübariz Hacıyevin 31.03.2021 tarixdə sonuncu telefon danışığı” və “01.04.2021 tarixdə onların (Mübariz və Ramin) eyni anten dairəsi altında olması” xüsusatıdır. Nə 31.03.2021-ci il tarixli telefon danışığının məzmununda, nə də 01.04.2021 tarixli Ramin Nəbiyevlə Mübariz Hacıyevin eyni anten dairəsində olması birincinin (R.Nəbiyevin), ikinciyə (M.Hacıyevə) 2000 manat pulun rüşvət qismində verilməsini təsdiq etmir.

Digər tərəfdən Bələdiyyə sədri Ramin Nəbiyev nə ifadəsində, nə üzləşmə protokolunda, nə də məhkəmə istintaqı zamanı Mübariz Hacıyevə hər hansı formada rüşvət vermədiyini bildirir.

Xəbər 2321 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +